Vladimir Putinin andiçmə mərasimi keçirilib.
O, mayın 7-də Kremldə əlini Rusiya Konstitusiya üzərinə qoyaraq and içib.
65 yaşlı Putin 1999-cu ildən hakimiyyətdədir, ya baş nazir, ya da prezident postunda olub.
2012-ci ildə avtomobil karvanıyla mərkəzdəki boşaldılmış küçələrdən keçən Putin tənqid olunmuşdu, onun xalqla arasına sərhəd çəkdiyi bildirilmişdi.
Bu dəfəsə dövlət televiziyası tünd kostyum geyinmiş Putin-in Kremldəki bir binada yerləşın ofisindən çıxaraq limuzinə mindiyini, yaxınlıqdakı Böyük Kreml Sarayına getdiyini görüntüləyib.
***
Bu gün, mayın 7-də Vladimir Putin dördüncü müddətə Rusiya prezidenti kimi andı içəcək.
18 ildir ölkə başçısı olan Putinin tərəfdarları onun ölkəni daha d ainkişaf etdirdiyini, opponentləri isə korrupsioner avtokratiyanın gücləndiyini iddia edir.
Bu ilin martın 18-də keçirilən prezident seçkilərində 76,69 faiz səslə qələbə qazanan Putinin andiçmə mərasimi Kremldə keçiriləcək. Tənqidçilər bu səsverməni demokratiya görüntüsü sayır.
İki gün öncə Moskva küçələrində və ölkənin digər yerlərində anti-Putin və antihökumət etirazları keçirilib. Təşkilatçı Aleksei Navalny və minə yaxın etirazçı qısa müddətə saxlanıb.