Böyük Britaniya Abramovichin vizasını uzatmadı

Böyük Britaniya Abramovichin vizasını uzatmadı
21 May 2018
Mətni dəyiş

Böyük Britaniyanın rusiyalı milyarder Roman Abromovich-in vizasını uzatmadığı bildirilir.

Bu barədə “The Bell” portalı biznesmenin ətrafına istinadla xəbər verir.

Mənbənin məlumatına görə, Abromovich-in vizasının müddəti 3 həftə əvvəl bitib.

Ona viza verilməməsi ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

Amma “The Bell” yazır ki, Abromovich-in təyyarəsi sonuncu dəfə Londonda ötən ayın əvvəllərində olub.

Vizası uzadılmadığından, milyarder mayın 19-da İngiltərə Kuboku-nun finalına gələ bilməyib.

Finalda Avramovich-in “Çelsi” klubu “Mançester Yunayted” komandasına qalib gəlib.

Qeyd edək ki, rusiyalı keçmiş kəşfiyyatçı Sergei Skripal və qızı Yulianın martın 4-də İngiltərənin Solsberi şəhərində zəhərlənməsindən sonra Britaniya ilə Rusiya arasındakı münasibətlər kəskin pisləşib.

London onların zəhərlənməsinə görə Moskvanı günahlandırır.

Moskva ittihamı rədd edir.

Britaniya və bir sıra Qərb ölkələriinsidentə görə Rusiyanın 150-dən çox diplomatını qovub.

Moskva da həmin ölkələrə qarşı eyni addım atıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun