Binəli Yıldırım: "Ermənistan yeni bir səhifə açmaq istəyərsə, biz də qarşılığını verə bilərik"

Binəli Yıldırım: "Ermənistan yeni bir səhifə açmaq istəyərsə, biz də qarşılığını verə bilərik"
11 May 2018
Mətni dəyiş

“Ermənistan illərdir Türkiyəyə qarşı davam etdirdiyi düşmənçilik mövqeyindən əl çəkərsə, uyğun addım ata bilərik”. 

Bunu Türkiyənin baş naziri Bineli Yıldırm Ermənistanın baş naziri Nikol Paşinian-a cavabında bildirib. Bu barədə “Hürriyet”ə məlumat verib.

Baş nazirin sözlərinə görə, Türkiyənin gələcəkdə atacağı addımlar Ermənistanın sərgiləyəcəyi mövqeyə bağlıdı:

"Əgər Ermənistan ərazi bütövlüyümüzə, sərhədlərimizə yönəlik yanlış mövqeyindən vaz keçərsə, yeni bir səhifə açmaq istəyərsə, biz də qarşılığını verə bilərik. Çünki Türkiyə qonşuları başda olmaqla heç kimsəyə düşmənçilik münasibəti bəsləmək niyyətində deyil. Ona görə də Ermənistanın mövqeyində hansısa yumşalma olarsa, bunu ölkəmizin mənafeyinə uyğun olaraq dəyərləndirə bilərik”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun