Balaş Qasımov İTV-yə rəhbərlik edəcək

Balaş Qasımov İTV-yə rəhbərlik edəcək
11 May 2018
Mətni dəyiş

Mayın 11-də İctimai TV Yayım Şurası telekanalın baş direktoru Cəmil Quliyevin istefasını qəbul edib.

C.Quliyev öz müraciətində səhhətilə bağlı problemlərinin olduğunu bildirərək tutduğu vəzifədən azad olunmasını xahiş edib, İTV-nin məlumatında deyilir.

Məlumata görə, Yayım Şurasının iclasında Balaş Qasımov İTV-nin yeni rəhbəri seçilib.

Xatırladaq ki, B.Qasımov uzun illər Rusiyanın "Nə? Harada? Nə vaxt?" proqramının nümayəndəsi olub. Həmçinin bədii və sənədli filmlərə prodüserlik edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun