Bakının Binəqədi rayonunda kafedə baş vermiş partlayışla bağlı "Azərtransservis" Açıq Səhmdar Cəmiyyətinin təsisçisi Əyyub Haqverdiyev şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə Turan-a Bakı Şəhər Prokurorluğundan bildiriblər.
Mayın 21-də Səhmdar Cəmiyyətinin yerləşdiyi ərazidəki kafedə propan qaz balonu partlayıb. Nəticədə 3 nəfər ölüb, 1 nəfər ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq davam edir.
Bakı Şəhər Prokurorluğundan Turan-a bildiriblər ki, cinayət işinin istintaqının gedişi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.