Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
15 May 2018
Mətni dəyiş

Avropa İttifaqı mayın 14-də Moskva tərəfindən ilhaq olunmuş Ukrayna ərazisi Krımda Rusiya prezidenti seçkisinin təşkilində iştirak etmiş 5 nəfərə qarşı sanksiyalar elan edib.

Avropa İttifaqı bildirir ki, Ukraynanın Krım yarımadasında Ruysiya seçkisinin keçirilməsi legitim olmayıb.

Bu beş nəfərin arasında Krım Seçki Komissiyasının sədr müavini Natalya Ivanovna Berzruchenko vəkomissiyanın sədri Inna Nikolayevna Guzeyeva da var.

Digər sanksiyalanan şəxslər Sevastopol Seçki Komissiyasının sədri Aleksandr Yuryevich Petukhov, onun müavini Miroslav Aleksandrovich Pogorelov və komissiyanın katibi Anastasiya Nikolayevna Karpranovadır.

Bundan əvvəlki sanksiyaları ilə Avropa İttifaqı 150-dək Rusiya rəsmisi və Ukraynanın şərqində döyüşən rusiyayönlü separatçıya sanksiyalar qoyub. Bu sanksiyalar aktivlətrin, bank hesablarının dondurulması və viza qadağanından ibarətdir.

Avropa İttigfaqı Rujsiya üzərinə sanksiyaları 2014-cü ilin martından elan edib. Həmin vaxt Rusiya Krım yarımadasını qanunsuz ilhaq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun