Avropa Birliyi İranla nüvə sazişinə sadiq qalacağını bəyan edib

Avropa Birliyi İranla nüvə sazişinə sadiq qalacağını bəyan edib
19 May 2018
Mətni dəyiş

Avropa Birliyi bir daha 2015-ci ildə İranla imzalanmış nüvə sazişinə sadiq qalacağını bəyan edib.

Reuters və digər agentliklərin məlumatına görə, bunu Avropanın enerji komisarı Miguel Arias Canete mayın 19-da Tehranda İranın nüvə rəsmisi, vitse-prezident Ali Akbar Salehi ilə görüşdən sonra mətbuat konfransında deyib.

O qeyd edib ki, biz İranla ticarət əlaqələrini davam etdirəcəyik.

Qeyd edək ki, İranla aparıcı dünya ölkələri arasında bağlanmış nüvə sazişindən sonra Tehran nüvə fəaliyyətini dayandırıb, əvəzində ona qarşı beynəlxalq sanksiyalar aradan qaldırılıb.

Amma ABŞ prezidenti Donald Trump bu günlərdə-mayın 8-də ölkəsinin birtərəfli qaydada İranla bu sazişdən çıxdığını və İrana qarşı sanksiyaların bərpa olunduğunu bəyan elədi.

Avropa Birliyinin enerji komisiyası ABŞ-ın sanksiyasından qaçmaq üçün, mayın 18-də Avropa Birliyi üzvlərinin neftə görə İranın mərkəzi bankına pul köçürmələrinə icazə verilməsini təklif edib.

Komisiya bəyan edib ki, o, Avropa Birliyi liderlərinin mayın 17-də Sofiya sammitində verdikləri “yaşıl işıqğa” əsaslanaraq belə bir addım atıb.

2015-ci ildə ABŞ-la yanaşı İranla nüvə sazişi imzalayan Fransa, Almaniya, Britaniya, Rusiya və Çin Vaşinqtonu dəfələrlə bu sazişindən çıxmamağa çağırmışdılar.

Trump-ın qərarından məyus olduqlarını bildirən Avropa ölkələri, öz şirkətlərini İranla biznesdə ABŞ-ın yeni sanksiyalarından qorumaq üçün tədbir görəcəklərini vəd etmişdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun