Agramunt istefa verdi

Agramunt istefa verdi
21 May 2018
Mətni dəyiş

Avropa Şurası Parlament Assambleyasının keçmiş rəhbəri Perdo Agramunt AŞPA-dan istefa verib.

Bu barədə məlumatı “El Мundo” nəşri yayımlayıb.

Nəşrin bildirdiyinə görə, Pedro Agramunt bu qərarı mayın 16-da AŞPA Müstəqil komitəsinin onun mandatının dondurulması barədə qərarını açıqladıqdan sonra verib. Sanksiyalar Aqramunta AŞPA-nın müşahidəçi missiyalarında iştirak etməyə və məruzəçi vəzifəsini tutmağa 10 il müddətinə qadağa qoyub.

Mənbəyə əsasən, Pedro Agramunt həmçinin İspaniya Senatından istefa vermək niyyətindədir. Burada o, son 25 il ərzində Valensiya muxtar icmasını təmsil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun