Bu gün, mayın 3-də Ermənistan silahlı bölmələrinin Ağdamda Suvarma İdarəsinin əməkdaşlarının olduğu yük avtomobilini atəşə tutduqları bildirilir.
Ağdam rayonunun Çəmənli kəndi ərazisində nasaz olan su artezian quyusunu təmir etməyə gedən işçilər atəşə məruz qalıb.
Xəbərdə vurğulanır ki, 02-AC-416 dövlət nömrə nişanlı, «KamAZ 43114» markalı avtomobil gülləbaran edilib.
İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobilin yararsız hala düşdüyü açıqlanıb.
İdarənin rəisi Hafiz Əzimzadə bildirib ki, ərazidə çoxlu artezian quyusu var. Onun deməsinə görə, kənd sakinləri ilə yanaşı, ərazidə fəaliyyət göstərən işçiləri də atəşə tuturlar.
Xəbərdə bildirilir ki, Müdafiə Nazirliyindən bu deyilənləri təsdiq ediblər. «Cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır», - deyə nazirlikdən bildiriblər.