Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyası iyunun 24-də keçiriləcək prezident seçkilərində hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini rəsmi olaraq irəli sürüb.
Hakim partiyanın bu gün yaydığı bəyanatda belə deyilir.
Bəyanatda o da qeyd olunur ki, hazırkı prezident R.T.Ərdoğan həm də müxalifətin - Milli Hərəkat Partiyasının namizədidir.
Qeyd edək ki, Türkiyədə 11 siyasi partiyanın qatılacağı növbədənkənar parlament və prezident seçkiləri iyunun 24-də keçiriləcək.