Əfqan Sadıqovun məhkəməsi təxirə salınıb

Əfqan Sadıqovun məhkəməsi təxirə salınıb
5 May 2018
Mətni dəyiş

Mayın 4-də Cəlilabad rayon Məhkəməsində hakim Qalib Paşayevin sədrliyi ilə Azel.tv saytının rəhbəri Əfqan Sadıqovun işi üzrə məhkəmə başlayıb.

Məhkəmə iclası zamanı jurnalistin səhhəti pisləşdiyindən məhkəmə mayın 11-i saat 12-dək təxirə salınıb. Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Facebook səhifəsində yazıb.

Bu gün proses başlayan kimi qarşı tərəfin vəkili məhkəmənin qapalı keçirilməsi barədə vəsatət verib və hakim vəsatəti təmin edib. Bundan sonra Əfqan Sadıqovun valideynləri ilə yanaşı digər şəxslər də zaldan çıxarılıb.

Azel.tv saytının rəhbəri Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb, 2.5 il həbsə məhkum edilib. Jurnalist Cəlilabad rayon İcra Hakimiyyətinin binasında bir qadını vurmaqda ittiham olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun