İrəvanda müxalifət tərəfdarları yenidən yürüşə başlayıblar.
Etirazçılar mərkəzi küçələri bağlayıblar.
Yürüşün əsas iştirakçıları tələbələrdir, irəlidə ağ xalatlı mitinqçilər gedir.
Aksiya iştirakçıları Ermənistan Respublika Partiyasının əleyhinə şüarlar səsləndirirlər. Polis mitinqçilərə müdaxilə etmir.
Nümayişçilər yürüşü Fransa meydanında bitirmək niyyətindədirlər. Ora müxalifət lideri Nikol Paşinyan gələcək. Müxalifətçilər daha sonra Respublika meydanına gedərək orada mitinq keçirəməyi planlaşdırırlar.