Ötən gecə Türkiyənin Bolu bölgəsində 4,7 bal gücündə zəlzələ baş verib.
“Anadolu” agentliyi xəbər verir ki, təşvişə düşən əhali havanın soyuq olmasına baxmayaraq, küçə və meydanlarda gecələyib. Bölgə rəhbərliyi yeraltı təkanların davam etdiyini nəzərə alaraq, əhaliyə bir müddət açıq havada qalmağı tövsiyə edib.
İnsan tələfatı yoxdur.