Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyət rejiminin (OHAL) daha 3 ay müddətinə uzadılması barədə qərar qəbul edib.
Abzas.net xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.
Bildirilir ki, öncə prezident Recep Tayyip Erdoğan ölkənin Təhlükəsizlik Şurasının iclasını keçirib, orada OHAL-ın uzadılması tövsiyyə edilib. Sonradan hökümətin iclası keçirilib və qərar qəbul edilib.
Qərarın qüvvəyə minməsi üçün parlamentdə səsvrmə keçiriləcək. Qərarın təsdiq olunması üçün 276 səsə ehtiyac var.
2016-cı ilin 15 yul tarixində Türkiyədə baş vermiş hərbi çevrilişə cəhddən sonra ölkədə fövqəladə vəziyyət rejimi elan olunub. Bundan əvvəl fövqəladə vəziyyət rejimi 5 dəfə 3 ay müddətinə uzadılıb.