Thereza May: "Başqa seçimimiz yox idi"

Thereza May: "Başqa seçimimiz yox idi"
14 Aprel 2018
Mətni dəyiş

"Suriyaya qarşı həyata keçirdiyimiz hərbi əməliyyatın uğurlu alındığından əminik".

Bunu Böyük Britaniyanın baş naziri Thereza May keçirdiyi mətbuat konfransında deyib.

"Suriyada yaşanan kimyəvi hücumları gördük. Xlor qazının istifadə edildiyi Dumadakı hadisəyə görə bu hücumu təşkil etməliydik. Suriya rejiminin qorxunc bir keçmişinin olduğunu bilirik. Suriya rejimi kimyəvi silah istifadə etməsinə artıq "dur" demək lazımdır. Onlar kimyəvi silahdan istifadə etməyəcəklərinə dair söz vermişdilər, amma bu sözlərə əməl edilməldi. Suriya rejiminin gizli saxladığı kimyəvi silahları var. Bir çox məlumat əldə etmişik. Dumada kimyəvi silahdan istifadə olunub".

T. May şəxsən ilk dəfədir belə bir qərar vermək məcburiyyətində qaldığını deyib: "Başqa seçimimiz yox idi. Bu qərarın doğru bir qərar olduğunu düşünürəm".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun