Sınaq imtahanlarının nəticələri 2 günə açıqlanacaq

Sınaq imtahanlarının nəticələri 2 günə açıqlanacaq
30 Aprel 2018
Mətni dəyiş

Aprelin 29-da I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri) keçirilmiş sınaq imtahanının nəticələrinin yaxın 2 gün ərzində açıqlanacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat verib.

Bildirilir ki, hal-hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

29 aprel 2018-ci il tarixində keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunmuş test tapşırıqlarının doğru cavab etalonları ilə  buradan tanış ola bilərsiniz.

Yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarını və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Sual kitabçaları” və ya “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

1 və 15 aprel 2018-ci ildə keçirilən sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahının elektron versiyasını isə (pdf formatında) buradan əldə edə bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun