Ukrayna parlamentinin sədri Andrey Parubiy bəyan edib ki, “Şimal axını-2” qaz layihəsinin işə salınması Ukrayna və Avropa ölkələrinə qarşı hərbi təhlükəyə yarada bilər.
Qeyd edək ki, iki xətdən ibarət olacaq yeni kəmərlərlə Rusiyadan Baltik dənizi vasitəsi ilə Avropaya-Almaniyayadək qaz ötürülməsi nəzərdə tutulur.
Yeni kəmərlər ,hazırda mövcud olan kəmərə paralel çəkilməlidir.
Rusiya Dövlət Dumasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin rəhbəri Yuri Shvitkin isə RT-ə müsahibəsində deyib ki, Ukrayna hakimiyyəti Rusiyadan xarici düşmən yaratmağa çalışır.
O deyib ki, bu növbəti cəfəngiyatdır, Rusiya heç vaxt Ukrayna və ya hansısa Avropa ölkəsinə qarşı təcavüzkar plan hazırlamayıb.
Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarmadasını işğal etməsi və və bunun ardınca Ukraynanın şərqindəki müharibədən sonra Kiyevlə Moskva arasındakı münasibətlər kəskin pisləşib.
Ukrayna Moskvanı Krımın işğalı və Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə ittiham edir.
Moskva bunu inkar edir.
ABŞ, Avropa Birliyi və digər qərb ölkələri buna görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.