Serj Sarkisian hakim partiyanın sədrliyindən də istefa verib

Serj Sarkisian hakim partiyanın sədrliyindən də istefa verib
26 Aprel 2018
Mətni dəyiş

Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisian ölkənin hakim Respublika Partiyasının sədrliyindən də istefa verib.

Abzas.net xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.

Bildirilir ki, öncə partiya daxilində sədrin dəyişdirilməsi barədə müzakirələr başlayıb. Bu, partiyanın mətbuat xidmətinin açıqlamasında qeyd edilib.

Daha sonra isə, Serj Sarkisian partiya sədri postundan istefa verdiyini bəyan edib.

Sarkisian bu qərarı ölkədə sülh və stabilliyin bərqərar olması naminə verdiyini qeyd edib. O, baş nazir postundan da məhz bu səbəbdən getdiyini vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun