Separatçılar Moskvada Qarabağ hərəkatının 30 illiyini qeyd etdilər

Separatçılar Moskvada Qarabağ hərəkatının 30 illiyini qeyd etdilər
6 Aprel 2018
Mətni dəyiş

Dağlıq Qarabağdakı qondarma respublikanın “xarici işlər naziri” Masis Mailyan Moskvaya işgüzar səfəri çərçivəsində Ermənistanın səfirliyində separatçıların Qarabağın azadlıq hərəkatının 30 illiyi ilə bağlı tədbirə qatılıb.

Ermənistan mediası bildirir ki, o, çıxışında bu hərəkatın Dağlıq Qarabağdakı ermənilərin taleyinin həllində mühüm rolu olduğunu vurğulayıb.

Masis Mailyan Rusiya ziyalılarının ermənilərin öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyini qeyd edub, onların bu xidmətlərini minnətdarlıqla xatırladıb.

Tədbirdə Rusiya Dövlət Dumasının və Federasiya Şurasının deputatları, jurnalistlər, ekspertlər də iştirak ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun