Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.
Aprelin 13-də Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Səhər bəzi yerlərdə zəif duman olacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi vurğulanır.
Abşeronda gecə 8-11, gündüz 14-18, Bakıda gecə 8-10, gündüz 16-18 dərəcə isti olacaq.
Aprelin 13-də Azərbaycanın bəzi rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı bildirilir. Dağlıq ərazilərdə qar yağacağı gözlənir. Gecə 5-10, gündüz 15-20, dağlarda gecə 3-6, gündüz 6-9 dərəcə isti təxmin edilir.
Nazirlik xəbərdarlıq edir ki, aprelin 13-ü qərb rayonlarından başlayaraq aprelin 16-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı açıqlanıb. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcəyi, çaylarda sululuğun artacağı bildirilir.