Bu gün – aprelin 12-də Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Mike Pompeo-nun dövlət katibi postuna təsdiqlənməsiylə bağlı dinləmə keçiriləcəyi gözlənir.
Onun nitqinin öncədən yayılmış hissələrinə əsasən söyləmək olar ki, Pompeo Rusiyaya qarşı sərt siyasət tutmaq niyyətindən söz açacaq.
“Rusiya, təcavüzünə qarşı illərdir yürüdülən yumşaq siyasət nəticəsində aqressiv davranışı davam etdirir. Ancaq artıq bitdi”, – Pompeo deyir.
Yazılı ifadədə Pompeo-nun Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsinə toxunmayacağı görünür. Ancaq bu məsələni konqresmenlər qaldıra bilər. Onlardan bəziləri prezident Donald Trump-ı həmin məsələdə Rusiyaya sərt davranmamaqda suçlayır.
Trump martın 13-də Rex Tillerson-u dövlət katibliyindən uzaqlaşdırıb, keçmiş respublikaçı konqresmen Pompeo-nu bu postda görmək istədiyini açıqlayıb.