NATO da ABŞ-ın Suriya əməliyyatını dəstəklədi

NATO da ABŞ-ın Suriya əməliyyatını dəstəklədi
14 Aprel 2018
Mətni dəyiş

NATO-nun baş katibi Jens Stoltenberg ABŞ, İngiltərə və Fransanın Suriyada başlatdığı hərbi əməliyyatları dəstəklədiyini bildirib.

Bu barədə onun yaydığı bəyanatda deyilir. Baş katib qeyd edib ki, kimyəvi hücuma görə məsuliyyət daşıyan hər kəs cavab verməlidir.

Y. Stotlenberg bəyanatında bu hücumun rejimin Suriya xalqına yenidən kimyəvi hücum təşkil etmək gücünü zəiflədəcəyini deyib. “Bu, rejimin Suriya xalqına qarşı kimyəvi silahlarla hücumuna əngəl olacaq. Kimyəvi silahlardan istifadə qəbuledilməzdir.

NATO kimyəvi silahlardan istifadəni beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid olaraq görür. Kimyəvi Silah Razılaşmasını qorumağın önəmli olduğuna inanırıq. Buna beynəlxalq ictimaiyyət tərəfindən kollektiv və təsirli bir şəkildə cavab verilməlidir”, - deyə NATO baş katibi vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun