Kubada Castro ailəsinin hakimiyyəti sona çatır

Kubada Castro ailəsinin hakimiyyəti sona çatır
19 Aprel 2018
Mətni dəyiş

Kuba parlamenti Raul Castro-nun “sağ əli” sayılan Miguel Díaz-Canelin prezidentliyə namizədliyini irəli sürüb.

Bu, Castro ailəsinin uzunmüddətli hakimiyyətinin sonu demək olacaq.

Raul Castro prezidentliyi 2006-cı ildə xəstəlikdən əziyyət çəkən Fidel Castrodan alıb.

Barak Obamanın hakimiyyəti dövründə başlayan ABŞ-Kuba münasibətlərindəki istiləşmə Donald Trumpın Ağ Evə gəlməsi ilə qismən ləğv edilib.

Cənab Castronun vəzifədən getdikdən sonra belə ölkədəki nüfuzunu saxlayacağı gözlənilir.

Milli Məclisin səsverməsi başa çatsa da nəticələr cümə axşamı açıqlanacaq.

Raul Castro Kommunist partiyasının 2021-ci ildə keçiriləcək konqresinə qədər partiya sədri olaraq qalacaq.

Növbəti Kuba lideri iqtisadiyyatın durğun olduğu bir ölkə və dəyişiklik üçün səbirsiz gəncliklə qarşılaşacaq, BBC-nin Kuba müxbiri Will Grant xəbər verir.

Birləşmiş Ştatlar ondan xilas olmağa çalışsa da, Fidel Castronun hakimiyyəti illərində 10 ABŞ prezidenti dəyişib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun