Keçmiş casus Skripalın vəziyyəti "sürətlə yaxşılaşır"

Keçmiş casus Skripalın vəziyyəti "sürətlə yaxşılaşır"
7 Aprel 2018
Mətni dəyiş

Keçmiş Rusiya casusu Sergey Skripalın vəziyyəti artıq kritik hesab olunmur və onun sağlıq durumu “sürətlə yaxşılaşır”.

İngiltərədəki Solsberi şəhər xəstəxanasının tibb direktoru Christine Branshard aprelin 6-da deyib ki, Skripal mülaicəyə yaxşı reaksiya verir və durumu kritik deyil.

Keçmiş ikili agent və onun qızı Yulia Skripal martın 4-də Solsberidə kimyəvi maddə ilə zəhərlənmiş və skamya üzərində huşsuz vəziyyətdə tapılmışdılar.

Britaniya Vladimir Putin hökumətini Skripalın zəhərlənməsi üçün Noviçok kimyəvi maddəsindən istifadə etməkdə günahlandırır. Bu kimyəvi maddə 1990-cı illərdə SSRİ-də istehsal olunub.

Rusiya bu ittihamları rədd edir.

Bundan bir gün əvvəl Sergey Skripalın qızı Yulia komadan çıxdıqdan sonra ilk bəyanatını vermiş və səhhətinin günbəgün yaxşılaşdığını bildirmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun