Kataloniyanın keçmiş liderinin zaminə buraxılacağı gözlənir

Kataloniyanın keçmiş liderinin zaminə buraxılacağı gözlənir
6 Aprel 2018
Mətni dəyiş

Aprelin 6-da Almaniya məhkəməsinin Kataloniyanın keçmiş lideri Carles Puigdemont-u girov müqabilində azadlığa buraxacağı gözlənir.

Ölkənin şimalındakı Şlezviq Holsteyn ştatındakı məhkəmə aprelin 5-də bildirib ki, Puigdemont-un 75 min avro əvəzində həbsxanadan çıxması razılaşdırılıb.

Digər şərtlər onun hər həftə yerli polisdə qeydiyyatdan keçməsi və ölkədən çıxmasının qadağan olunmasıdır.

İspaniya 55 yaşlı Puigdemont-u qiyam və dövlət vəsaitindən sui-istifadədə ittiham edir. O, ötən ilin oktyabrında Kataloniyanın müstəqilliyi ilə bağlı referendum təşkil etmişdi.

Puigdemont ötən ay İspaniyanın xahişiylə Almaniyada saxlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun