Kanadada gənc hokkeyçilərin olduğu avtobus qəzaya uğrayıb.
Abzas.net xarici KİV-ə istinadən xəbər verir ki, avtobus yük avtomobili ilə toqquşub.
Məlumata görə, hadisə nəticəsində 14 nəfər həlak olub.
Daha 14 nəfərin müxtəlif növ xəsarətlər aldığı bildirilir. Onlardan üçünün vəziyyəti ağırdır.
Kanada baş naziri Justin Trudeau ölən hokkeyçilərin yaxınlarına başsağlığı verib.