Prezident İlham Əliyev Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini təltif edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, İlham Əliyev Əli Həsənovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Əli Həsənov bu mükafata Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həllində səmərəli fəaliyyətinə görə layiq görülüb.