Financial Times: "Türkiyədə növbədənkənar seçkinin nəticəsi əvvəldən müəyyən olmaya bilər"

Financial Times: "Türkiyədə növbədənkənar seçkinin nəticəsi əvvəldən müəyyən olmaya bilər"
25 Aprel 2018
Mətni dəyiş

Britaniyanın Financial Times qəzetinin xarici xəbərlər redaktoru David Gardner Türkiyə siyasətindəki son hadisələri qiymətləndirib.

Gardner qəzetinin internet səhifəsində yayımlanan yazıda Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın "kamalçı sosial demokratları və millətçiləri birləşərək" müxalifətə güc vermək kimi bir imic nümayiş etdirdiyini yazıb. Buna görə o, hesab edir ki, Türkiyədə növbədənkənar seçkinin nəticəsini qabaqcadan müəyyən olmaya bilər.

David Gardner yazır ki, prezident Erdoğan-ın növbədənkənar seçki qərarı verməsinin açıq məqsədi "bölünmüş müxalifəti hazırlıqsız yaxalamaqdır".

Gardner "müasir Sultan" olaraq xarakterizə etdiyi Erdoğan-ın Cumhuriyyətin qurucusu Mustafa Kemal Atatürkü kölgədə qoymağı hədəflədiyini düşünür.

Gardner yazır ki, 2002-ci ildən bəri 12-ci dəfə qələbə qazanmaq istəyən Erdoğan üçün "bir adam rejiminin" yolu bu seçkidən keçir.

Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri baş tutacaq.

Prezident Recep Tayyip Erdoğan açıqlamasında deyib ki, Suriyadakı transsərhəd əməliyyatlarının, bölgədəki əhəmiyyətli hadisələrin və köhnə sistemin problemlərinin ən qısa zamanda həll edilməsi lazımdır.

Gardner yazır:

"AKP-nin sıravi türklərə iqtisadi faydalar təmin etməsi - o ehtimalla ki, bu, partiyaya ideologiyasından daha çox səs qazandırıb - artıq təhlükədədir. Sıx ictimai təşviqlər iqtisadiyyatı həddindən artıq isidir, cari kəsiri artırır. İnflyasiya artır, Türk lirəsi dəyər itirir. Türkiyə ucuz xarici sərmayədən asılıdır. Ölkənin aparıcı şirkətlərinin böyük dollar borcu var və valyuta daha da bahalaşır".

"(Zeytun budağı əməliyyatı ilə) artan şovinizm ehtimal ki, gələn ilədək davam etməyəcək", - jurnalist deyir.

"Ancaq prezident Erdoğan-ın ən böyük narahatlığı ötən ilin aprel ayında referendumu bir nöqtəyə qədər hiylə ilə qazanmasıdır. 2015-ci ilin iyun ayında AKP parlamentdəki çoxluğunu itirdiyinə görə qorxmuşdu" , Gardner yazır.

"Prezident və partiyası keçən il İstanbul, Ankara və İzmirdə səs itirmişdi. Partiya Türkiyə iqtisadiyyatının üçdə ikisini təşkil edən 20 şəhərin 13-də seçkidən məğlub çıxmışdı. Köhnə İstanbul bələdiyyəsi başçısı olan hörmətli Erdoğan böyük şəhərləri və bu şəhərlərdəki gəncləri itirəcəyi halda, seçkini qazana bilməyəcəyini anlayır", - yazıda deyilir.

Jurnalist onu da yazır ki, növbədənkənar seçkilərin digər vacib səbəbi mart ayında keçiriləcək yerli seçkilərdən əvvəl seçki keçirilməsini təmin etməkdir.

"Prezident Erdoğan "Kamalçı sosial demokratları və millətçiləri birləşərək" müxalifətə güc vermək kimi bir imic nümayiş etdirir və növbədənkənar seçkilərin keçirilməsi seçkinin nəticəsinin əvvəlcədən bilinməyəcəyini göstərir", - Gardner yazır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun