Fatimə Mövlamlı: "Evdəyəm…"

Fatimə Mövlamlı: "Evdəyəm…"
6 Aprel 2018
Mətni dəyiş

Aprelin 5-də axşam saatlarında siyasi fəal Fatimə Mövlamlı Facebook səhifəsində öz videomüraciətini paylaşıb. 

O bildirir ki, son 4-5 gündə şəxsi həyatında problemlər olduğundan telefonunu söndürüb və rəfiqəsi ilə birgə qalıb.

“Mən rəfiqəmlə qalırdım. Telefonu söndürmək məcburiyyətində oldum. Bir dəfə anama zəng etdim ki, məndən narahat olmamanız üçün məlumat versin”, o qeyd edir.

Fatimə Mövlamlı onun barəsində sosial şəbəkələrdə yayılan məlumatları əsassız sayır.

“Məni yaxından tanıyan insanlar bilir ki, haqqımda hər şey yazmaq olar. Amma əxlaqsızlıq, guya haradasa tutulmuşam kimi yazılan məlumatlara inanmayın. Mən tutulmamışam. Evimizdəyəm, hər şey qaydasındaıdr. Sizi narahat qoyduğuma görə üzürlü sayın ”, o, vurğulayıb.

Bundan əvvəl, aprelin 5-də Mövlamlının yoxa çıxmasına dair xəbərlər yayılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun