Etirazlara baxmayaraq Sarkisyan baş nazir oldu

Etirazlara baxmayaraq Sarkisyan baş nazir oldu
17 Aprel 2018
Mətni dəyiş

Ermənistan parlamenti kütləvi etirazlara və “məxməri inqilab” çağırışına baxmayaraq Serj Sarkisyanı baş nazir seçib.

Beləliklə, Sarkisyanın hakimiyyətdə qalması təmin olunub.

Aprelin 17-də Ermənistan parlamentində keçirilən səsvermədə Sarkisyan 76-17 nisbəti ilə baş nazir seçilib. Ölkə qanunlarına edilmiş dəyişiklik baş naziri siyasi hakimiyyətin birinci fiquru edir.

Bundan əvvəl, indi daha çox mərasim funksiyaları daşıyan prezidentlik növbəti 7 il ərzində Armen Sarkisyana keçib.

Ermənistandakı etirazların lideri “məxməri inqilab”a çağırıb. Bu arada polisin azı 80 fəalı saxladığı xəbər verilir.

“Bu gün məxməri inqilabın, dinc xalq inqilabının başlandığını elan edirəm”, – kamuflyaj qısaqol köynək geyinmiş Pashinian deyib.

“Ölkədə inqilabi durum yaranıb. Nümayişçilər küçələri, magistral yolları bağlayıblar. Adamlar işə getmirlər, kütləvi tətillər başlanıb”, – o, sözlərinə əlavə edib.

***

Ermənistanda polis azı 29 fəalı saxlayıb. Hüquq mühafizə orqanları itaətsizliyin yatırdılacağını bildirsə də, yüzlərlə nümayişçi aprelin 17-də səhər Yerevanın mərkəzində küçələri bağlayıblar.

Polis rəisinin müavini Fransa meydanında etirazların lideri Nikol Pashinian-a xəbərdarlıq təqdim edib. Xəbərdarlıq bildirişində deyilir ki, etirazçılar ictimai toplantılar haqda qanunvericiliyi pozublar və hakimiyyət nümayişləri dayandırmaq qərarına gəlib.

Pashinian xəbərdarlığı oxumadan cırıb və “tam itaətsizlik” kampaniyasının başladığını deyib.

Bu arada Sarkisian parlamentdə deputatlar qarşısında çıxış edir. Polisin isə azı 29 fəalı nəzarətə aldığı bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun