Ermənistanın idman və gənclərlə iş üzrə nazir Qraçiaa Rostamian istefa verib və etiraz aksiyalarına qoşulacağını bəyan edib.
Bu barədə Ermənistanın “Aysor.am” saytı məlumat yayıb.
Bildirilir ki, nazirin “Facebook” səhifəsində yer alan bəyanatında qeyd olunub ki, o, “Çiçəklənən Ermənistan” partiyasının üzvü olaraq partiya sədri Qaqik Tsarukian-ın ümummilli birləşmə çağırışını dəstəkləyir və aksiyalara qoşulur.
Keçmiş nazir Ermənistan Respublika Partiyası və “Daşnaksütyun” partiyasından olan həmkarlarını da xalqa qoşulmağa çağırıb.