Aprelin 16-da Ermənistan paytaxtı Yerevanda müxalifət fəalları bir neçə yolu bağlayıb.
Onlar keçmiş prezident Serzh Sarkisian-ın baş nazir keçmək planlarına etiraz edirlər.
Fəallar bir körpüyə çıxışı bağlayıb, eləcə də şəhər mərkəzində bir metro stansiyasına girişi 10 dəqiqəliyə qapadıblar.
Etirazlara müxalifətdən olan deputat Nikola Pashinian liderlik edir. O, daha öncə Yerevanın mərkəzində bütün yolların, metro sisteminin, bir neçə körpünün bağlanacağını demiş, “bütün vətəndaşları” aprelin 16-da parlament üzərinə yürüşə çağırmışdı.
Polis bu yürüşlərin vətəndaşların azad hərəkət hüququnu pozduğunu, qanunsuz olduğunu bildirib, ancaq etirazlara, hələlik, müdaxilə etməyib.
Aprelin 13-də minlərlə etirazçı Yerevanda nümayişlərə çıxıb. Onlar 2015-ci ilin dekabrda konstitusiya edilmiş dəyişikliyə etiraz səslərini ucaldırlar. Həmin dəyişiklik prezidentin səlahiyyətini məhdudlaşdırıb, baş nazirinkini gücləndirib.
Müxalifət fəallarının fikrincə, məqsəd Sarkisian-ın iki illik prezidentlik müddəti bitəndən sonra hakimiyyətdə qalmasını təmin etməkdir.
Serzh Sarkisian-la qohumluq bağlı olmayan Armen Sarkisianparlament tərəfindən seçilib və aprelin 9-da and içib.
Hakim Respublikaçı Partiyası Serzh Sarkisian-ın baş nazirliyə namizədliyini verib və aprelin 17-də parlamentin onu bu posta seçəcəyi gözlənir.