Ermənistanda hakim partiya müxalifətlə şərtsiz danışıqlara razıdır

Ermənistanda hakim partiya müxalifətlə şərtsiz danışıqlara razıdır
26 Aprel 2018
Mətni dəyiş

Ermənistanın hakim Respublikaçı Partiyası (HHK) bəyan edib ki, müxalifət lideriylə “istənilən məsələ”nin müzakirəsinə hazırdır.

Bundan əvvəl partiya hakimiyyəti təslim etmək üçün onlara təzyiq göstərən Nikol Pashinian-ın şərtlərinin müzakirəsindən imtina edirdi.

Aprelin 25-də gecə verdiyi açıqlamada HHK onu da bildirir ki, bu həftə baş nazir postundan istefa vermiş Serzh Sarkisian-ı partiya sədrliyindən uzaqlaşdıracaq.

PASHİNİAN ULTİMATUM VERMİŞDİ

Bu açıqlama verilməmişdən partiya üzvləri Sarkisian və baş nazir vəzifəsini icra edən Karen Karapetian-al görüşüblər.

Bəyanatda deyilir ki, Sarkisian baş nazir seçiləndən cəmi altı gün sonra istefa vermək qərarını “daha detallı izah edib”.

2008-2018-ci illərdə prezident postunda olmuş Sarkisian HHK-nın nəzarət etdiyi parlament tərəfindən aprelin 17-də baş nazir seçilmişdi.

Bəyanata görə, keçmiş prezident HHK-dan olan deputatları “sabitliyi və ölkənin təhlükəsizliyi”ni əsas prioritetə çevirməyə çağırıb.

Görüşün “ikinci yarısı”nın Sarikisian-ın iştirakı olmadan keçirildiyi, hökumətlə etirazçılar arasında yaranmış çıxılmaz durumun müzakirə olunduğu bildirilir.

İştirakçılar “HHK fraksiyasının bütün tərəflərlə ilkin şərtlər olmadan istənilən məsələni müzakirə etməyə hazır olduğunu” elan etməyə razılaşıblar, bəyanatda belə deyilir.

HHK görüş keçirdiyi bir vaxtda Pashinian Yerevanda başqa bir böyük yürüşə liderlik edib, parlamentdən tələb edib ki, onu aralıq baş naziri təyin etsin və erkən seçki çağırsın.

“Respublikaçı Partiyasının xalqa qeyd-şərtsiz təslim olmasını tələb edirik”, – o deyib.

Pashinian tərəfdarlarını aprelin 26-da nümayişi davam etdirməyə, küçələri bağlamağa çağırıb.

Aprelin 25-də HHK-nın hakim koalisiyadakı tərəfdaşı – Ermənistan İnqilab Federasiyası (Dashnaktsutyun) hakimiyyətdən getdiyini açıqlayıb. Bəyanatında bildirib ki, parlament “xalqın etimad göstərdiyi” şəxsi baş nazir seçməlidir.

Aprelin 25-də parlamentdəki müxalifət bloku da Pashinian-ın baş nazirliyə namizədliyini verəcəyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun