Ermənistanda hakim partiya baş nazir postuna Serj Sarkisian-ın namizədliyini irəli sürüb

Ermənistanda hakim partiya baş nazir postuna Serj Sarkisian-ın namizədliyini irəli sürüb
14 Aprel 2018
Mətni dəyiş

Ermənistanın hakim Respublikaçılar Partiyası ölkənin baş naziri postuna namizədini açıqlayıb.

Abzas.net xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat verib.

Bildirilir ki, parlamentdə çoxluq təşkil edən partiya baş nazir postuna Ermənistanın keçmiş prezidenti Serj Sarkisian-ın namizədliyini rəsmi olaraq irəli sürüb.

Bunu Respublikaçılar Partiyası sədrinin müavini Armen Ashotian açıqlayıb.

Ermənistanın baş naziri aprelin 17-də parlamentdə seçiləcək.

Aprelin 13-dən başlayaraq paytaxt Yerevanda Serj Sarkisian-ın baş nazirliyə nazmizədliyinin təsdiqlənməsinə qarşı etiraz aksiyası balşayıb.

Yerevanın mərkəzindəki Azadlıq meydanında keçirilən aksiyada çıxış edən “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Pashinian bildirib ki, əllərindən gələni edəcəklər ki, Sarkisian baş nazir olmasın.

Pashinian bildirib ki, onlar etirazlara ara verməyəcəklər, bütün vacib meydanları zəbt edəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun