Ermənistanda həbs edilən etirazçıların sayı 200-ə yaxınlaşır

Ermənistanda həbs edilən etirazçıların sayı 200-ə yaxınlaşır
20 Aprel 2018
Mətni dəyiş

Ermənistan paytaxtından alınan ən son xəbərlərə görə polis anti-Sarkisyan etirazlarının səkkizinci günündə 180-dən çox nümayişçini həbs edib.

***

Aprelin 20-də Ermənistanda polis azı 65 etirazçını saxlayıb. Polisin mətbuat xidməti saxlananların Yerevanın küçələrində nəqliyyatın işini əngəlləməyə çalışan müxalifət tərəfdarları olduğunu bildirib.

“Qanunvericiliyə uyğun olaraq, polis qanunu pozaraq ictimai asayişi pozanları polis məntəqələrinə aparır”, – polisin sözçüsü Ashot Agaronian deyib.

Ancaq internetdə yayılan videoda mülki geyimli şəxslərin etirazçıları zorla nömrəsiz maşınlara mindirdiyi görünür. Onların polis əməkdaşları olub-olmadığı bəlli deyil.

Paytaxt Yerevanda gənc fəallar, tələbələr, müxalifət tərəfdarları yürüşlər təşkil edib, yolları kəsib, nəqliyyatı dayandırmağa çalışıb. Şəhərin müxtəlif yerlərinə polis dəstələri yerləşdirilib.

***

Ermənistanda keçmiş prezident Serzh Sarkisian-ın baş nazir seçilməsinə etirazlar davam edir.

Hakimiyyətin dialoq çağırışlarına baxmayaraq, aprelin 20-də səhər yüzlərlə nümayişçi küçələrə çıxıb. Etirazlar artıq səkkizinci günə girib.

***

Ermənistan prezidenti Armen Sarkisyan Serj Sarkisyanın baş nazir seçilməsinə Yerevanın mərkəzində 7 gündür ki, davam edən etirazlarda 120-dək nümayişçi həbs olunduqdan sonra bütün tərəfləri dialoqa çağırıb.

Armen Sarkisyan aprelin 19-da deyib ki, o yeganə həllin dialoq və qarşılıqlı ehtiram olmasına inanır.

Bu arada müxalifət Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz nümayişlərinin davam etdirilməsinə çağırıb.

***

Yerevanın mərkəzində polis 100-dən artıq etirazçını saxlayıb. Polisin sözçüsü 106 nəfərin saxlandığını bildirir.

İnternetdə yayılmış videoda xaotik səhnələr, polis əməkdaşlarının bir gənc qadını sürüdüyü, gənc etirazçıların zorla polis maşınlarına mindirildikləri görünür.

Pashinian-ın başçılığı ilə təxminən 1000 nəfər dörd saatlıqdan yürüşdən sonra meriya yaxınlığındakı parkda çadır qurub.

“Şayiələr gəzir ki, mən yorulmuram, bu doğru deyil. Mənə də istirahət lazımdır”, – Pashinian jurnalistlərə deyib.

***

Yerevanda hökumət binasının qarşısında polis kordon yaradıb, müxalifət tərəfdarlarını geri oturdub, bir neçəsini saxlayıb. Ölkədə artıq yeddinci gündür etirazlar davam edir.

Polis rəsmisinin AzadlıqRadiosu-na bildirməsinə görə, təhlükəsizlik qüvvələri Respublika meydanı yaxınlığındakı hökumət binasının girişini açarkən 20 nümayişçi saxlanıb. Qarışıqlıq zamanı bir qadın yaralanıb.

Bu binada kənd təsərrüfatı, səhiyyə, əmək və sosial məsələlər nazirlikləri, bir neçə hökumət agentliyi yerləşir.

Pashinian-ın rəhbərlik etdiyi nümayişçilər polisi silahı yerə qoymağa, etirazlara qoşulmağa çağırıblar.

“Sizi qorxmamağa, Serzh Sarkisian-ın və nazirlərinin hakimiyyətini tanımamağa çağırırıq. Addım atın, Serzh-i rədd edin!” - Pashinian dövlət qulluqçularına müraciət edib.

Bu gün Sarkisian hökumətin ilk iclasını bir neçə saatlıq ertələməli olub. Bu gün axşam yerli vaxtla 7-yə Pashinian Respublika meydanına daha bir yürüş təyin edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun