Bu gün – aprelin 9-da Ermənistan prezidenti Armen Sarkisian parlamentin xüsusi iclasında and içib.
Ölkənin Britaniyada keçmiş səfiri, 64 yaşlı Sarkisian martın 2-də deputatlar tərəfindən daha yeddi illiyə seçilib. Ondan öncəki prezident Serzh Sarkisian idi (qohumluq bağları yoxdur).
Müxalifət liderləri Serzh Sarkisian-ı baş nazir postuna keçməyə çalışmaqda, hakimiyyəti əlində saxlamağa çalışmaqda suçlayır.
Baş nazir postuna səsvermə aprelin 17-də keçiriləcək.
2015-ci il dekabr referendumundan sonra Ermənistanda yarı prezidentlik üsul-idarəsindən parlament respublikasına keçilib.
Sonucda prezidentin veto qoymaq səlahiyyəti alınıb və o, ümumxalq səsverməsində deyil, hər yeddi ildən bir parlament tərəfindən seçilən protokol vəzifəyə çevrilib.
Konstitusiya islahatları prezidentlik postuna bir dönəmdən artıq seçilməyi də qadağan edir.