Aprelin 9-da Ermənistan hökuməti istefaya göndərilib.
Abzas.net Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə inaqurasiyası bu gün baş tutmuş Ermənistanın yeni prezidenti Armen Sarkisian sərəncam imzalayıb.
Sərəncama əsasən baş nazir, bütün digər nazirlər və hökumətin digər üzvləri işdən çıxarılıblar.
Ermənistanın yeni baş naziri aprelin 17-də seçiləcək. Bu vəzifəyə Ermənistanın keçmiş prezidenti Serj Sarkisian-ın gətiriləcəyi gözlənilir.
Yeni seçiləcək baş nazir yeni hökuməti formalaşdıracaq və prezidentə və parlamentə təqdim edəcək.