Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyalar Kreml üçün bir siqnaldır.
Bu barədə RİA Novosti agentliyinə ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.
“Rusiya hökuməti anlamalıdır ki, onun bütün zərərverici davranışları əhəmiyyətli fəsadlarla nəticələnəcək”, deyə ABŞ rəsmisi qeyd edib.
O əlavə edib ki, yeni məhdudlaşdırıcı tədbirlər ABŞ-ın Rusiya ilə münasibətləri kəsməyə çalışdığını nəzərdə tutmur: “Biz Rusiya ilə Ukrayna, Suriya, silahlanmaya nəzarət, ikitərəfli münasibətlər və s. məsələlər üzrə kanallar yaratmışıq. Və bu məsələlərin pozitiv həllərini gözləyirik”.