BDYPİ-nin İctimaiyyətlə əlaqələr və Yol Patrul Xidməti şöbələrinə yeni rəislər təyin olunub

BDYPİ-nin İctimaiyyətlə əlaqələr və Yol Patrul Xidməti şöbələrinə yeni rəislər təyin olunub
4 Aprel 2018
Mətni dəyiş

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr və Yol Patrul Xidməti (YPX) şöbələrinə yeni rəislər təyin olunub.

Bu barədə daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.

Nazirin əmri ilə ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev tutduğu vəzifədən azad edilərək BDYPİ-nin Yol Patrul Xidməti (YPX) şöbəsinə rəis təyin edilib. Ondan əvvəl bu postda olan polkovnik Ərəstun Məcidov bir müddət öncə təqaüdə çıxdığından, bu vəzifə boş qalmışdı.

Kamran Əliyevin əvəzinə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi postuna isə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, mayor Rüfət Quliyev təyin olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun