Azər Tağıyev vəfat edib

Azər Tağıyev vəfat edib
30 Aprel 2018
Mətni dəyiş

Vəkillər Kollegiyasının keçmiş sədri Azər Tağıyev vəfat edib. Ötən il xəstəliyinə görə sədrlikdən gedən sabiq sədr bu gün səhər saatlarında dünyasını dəyişib. Qeyd edək ki, ötən il sentyabrın 27-də Kollegiyanın Rəyasət Heyətinin iclası keçirilib. İclasda A.Tağıyevin Rəyasət Heyətinə ünvanladığı müraciətə baxılıb. A.Tağıyev müraciətində səhhəti ilə bağlı sədrlikdən getmək istədiyini bildirib. A.Tağıyev səhhəti ilə bağlı iclasda iştirak etməyib. Onun müraciətinə baxılıb və A.Tağıyev VK-nın Rəyasət Heyətinin sədri vəzifəsindən azad olunub. Daha sonra həmin vəzifəyə Anar Bağırov kollegiyanın sədri seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun