ABŞ Senatının Xarici Əlaqələr Komitəsində danışan ABŞ Xarici İşlər Nazirinin Köməkçisi Wess Mitchell, Türkiyə və Rusiya arasında Suriya böhranı ilə əlaqəli olaraq bağlanan hərbi müqavilələrdən narahat olduqlarını açıqlayıb. ABŞ-ın Xarici İşlər Nazirliyi, Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri satın almağa hazırlaşan Türkiyəyə sanksiya tətbiq edəcəyini bildirib. Wess Mitchell, “Ankara, Suriyada taktik hədəflərinə çatmaq naminə Moskvaya strateji güzəştlərə getməsinin risklərini xatırlamalıdır. Türkiyə ABŞ-la olan yaxın əlaqələrə baxmayaraq Rusiya və İranla əməkdaşlığını artırıb. Türkiyənin Qərblə strateji və siyasi birliyini qoruması, ABŞ-ın milli maraqlarına uyğun olar” ifadələrini istifadə edib.