ABŞ Rusiya milyarderlərinə yeni sanksiyalar qoyacaq

ABŞ Rusiya milyarderlərinə yeni sanksiyalar qoyacaq
6 Aprel 2018
Mətni dəyiş

Birləşmiş Ştatlar Rusiya üzərinə yeni sanksiyalar qoymağı planlaşdırır.

Media xəbərlərində deyilir ki, sanksiyaların bu dövrəsinin hədəfi prezident Vladimir Putinə yaxın milyarderlər olacaq.

Reuters və Washington Post adlarının çəkilməsini istəməyən ABŞ rəsmilərinə istinadən bildirirlər ki, 2016-cı il ABŞ seçkisinə müdaxiləyə cavab olaraq onadək milyarderin sanksiyalanması gözlənilir.

Xəbər verilir ki, yeni sanksiyaların hədəflədiyi şəxslər Maliyyə Nazirliyinin ötən yanvarda dərc etdiyi siyahıya daxildir. Bunların arasında Rusiyanın qaz nəhəngi Gazprom-un rəhbəri Aleksey Miller və dövlət neft şirkəti Rosneftin baş icraçı direktoru İqor Seçin də var.

Reuters bildirir ki, yeni sanksiyaların aprelin 5-də elan ediləcəyi gözlənilirdi, lakin bəzi başqa mənbələr sanksiyaların aprelin 6-da elan ediləcəyini xəbər verirlər.

Aprelin 5-də gözlənilən sanksiyalarla bağlı suala cavabında Kremlin sözçüsü Dmitri Peskov deyib ki, “vəziyyət kifayət qədər mürəkkəbdir” və “media xəbərləri hər hansı qiymətləndirmə üçün əsas götürülə bilməz”.

ABŞ-ın bundan əvvəlki sanksiyaları martın 15-də elan edilmişdi və 19 nəfəri hədəfləyirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun