Yanvar ayında səhiyyədən 47 milyon kəsiblər - Rövşən Ağayev

Yanvar ayında səhiyyədən 47 milyon kəsiblər - Rövşən Ağayev
17 Mart 2018
Mətni dəyiş

Rövşən Ağayev

Statistika Komitəsi bu ilin yanvar ayı üzrə dövlət büdcəsinin icrasına dair hesabat yayıb. Hesabata görə, ay ərzində ölkənin səhiyyə sisteminə dövlət büdcəsindən cəmi 11.5 mln. manat ayrılıb. Hər şey bir tərəfə, təsdiq edilmiş büdcə sənədinə görə 700 mln. manata yaxın səhiyyə xərclərinin 400 mln. manata qədəri il ərzində əmək ödənişinə yönəldilməlidir - bu hər ay orta hesabla 35 mln. manat ətrafında xərc deməkdir. İndi Statkomun hesabatından belə görünür ki, yanvar ayında başqa xərclər bir yana, heç onsuz da kiçik maaşa qulluq edən səhiyyə işçilərinin məvacib xərcləri belə səhiyyə təşkilatlarına köçürülməyib. Rəqəmdən görünür ki, demək olar səhiyyə sistemi yanvar ayı büdcədən vəsait almadan yaşayıb - 1 ay bu sistem vəsaitsiz necə çalışa bilər? Möcüzədi...

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun