Xədicə İsmayılın anası vəfat edib

Xədicə İsmayılın anası vəfat edib
8 Mart 2018
Mətni dəyiş

Araşdırmaçı-jurnalist Xədicə İsmayılın anası Elmira İsmayılova vəfat edib.

Jurnalist bildirib ki, anası martın 7-dən 8-nə keçən gecə Türkiyənin paytaxtı Ankarada, müalicə olunduğu xəstəxanada vəfat edib.

X.İsmayıl deyib ki, anası artıq 2 aydır ki Türkiyədə müalicə alırdı :

"Limfa vəzilərinin şişlərindən əziyyət çəkirdi. 2018-ci ilin yanvarında Türkiyəyə aparılmışdı, Ankarada müalicə alırdı".

Jurnalist anasının yanında olmaq məqsədilə ölkədən çıxışına qoyulan qadağanın müvəqqəti aradan götürülməsi üçün ədliyyə qurumuna müraciət etsə də, müsbət cavab ala bilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun