Ukraynanın Rusiyada yarışlara qatılması yasaqlandı

Ukraynanın Rusiyada yarışlara qatılması yasaqlandı
15 Mart 2018
Mətni dəyiş

Ukrayna hökuməti atletlərinə Rusiyada keçirilən hər hansı idman yarışına qatılmamaq göstərişi verib.

Kiyev Moskvanı ərazilərinin işğalında ittiham edir.

Ukrayna Gənclər və İdman Nazirliyinin martın 14-də imzaladığı sərəncamda deyilir ki, Ukrayna milli idman komandaları üzvlərinin Rusiya Federasiyası ərazisində istənilən idman tədbirində iştirakı qadağan olunur.

Sənədi nazir Ihor Zhdanov imzalayıb. Bu addım “işğalçıların və qanun pozucularının qlobal idman arenasından çıxarılmasının vacibliyi” və Rusiyanın idmanda rekord miqyasda dopinqdən istifadəsiylə izah olunur.

Zhdanov ukraynalı atletlərin Rusiyada “təhlükəli” durumla üzləşdiyini sözlərinə əlavə edib.

O, beynəlxalq idman federasiyalarını Rusiyada yarışların keçirilməsinə icazə verməməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun