Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun PKK/YPG-PYD silahlılarından təmizləmək məqsədi ilə antiterror əməliyyatına başladığı Tel-Rıfat rayonunun artıq terrorçulardan təmizləndiyi bildirilir.
Bu barədə Türkiyə mətbuatı məlumat verib.
Tel-Rıfat rayonu Mare və Afrin bölgələri arasında yerləşir.
Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirib ki, Türkiyə ordusu Azad Suriya Ordusu ilə birlikdə Tel-Rıfat rayonunu azad edərək "Zeytun Budağı" əməliyyatını yekunlaşdıracaq.
Bir neçə gün öncə yerli əhali keçirdikləri nümayişdə “Türkiyə ordusu bizi də xilas etsin!” şüarını səsləndirib.