Türkcə təqvim nəşr edən fəal 5 gündür Tehranda həbsdədir

Türkcə təqvim nəşr edən fəal 5 gündür Tehranda həbsdədir
19 Mart 2018
Mətni dəyiş

Hüquq müdafiəçilərinin məlumatına görə, İranın təhlükəsizlik məmurları mədəni fəal Behnam Nurməhəmmədini martın 14-də Tehranda işlətdiyi mətbəədə nəzarət altına alıblar.

HRA agentliyi və İran Azərbaycanı ilə bağlı xəbərlər yayımlayan internet portalları bu haqda məlumat veriblər.

Keçən illərdə də həbs və mühakiməyə məruz qalan Nurməhəmmədi Tehranda bir mətbəədə çap və nəşr sahəsində fəaliyyət göstərir.

Sosial mediada Nurməhəmmədinin nəzarətə alınmasına təpki göstərən türk fəallar onun həbsinin bu yaxınlarda nəşr etdiyi “türkcə təqvim” ilə bağlı ola biləcəyini bildirirlər.

İran Azərbaycanı və Tehranda hər il Novruz Bayramı ərəfəsində mədəni fəallar türkcə təqvimlər nəşr edirlər.

Əhali tərəfindən geniş rəğbət görən bu təqvimlərdə Azərbaycan tarixi və türk mədəniyyəti ilə əlaqədar foto-şəkillər və önəmli tarixi münasibətlər də dərc edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun