ABŞ prezidenti Donald Trump KXDR lideri Kim Jong Un-la görüşməyə razı olduğunu bildirib.
Abzas.net xarici KİV-ə istinadən xəbər verir ki, Trump bu görüşün may ayınadək baş tutmasını istəyib. Bu barədə Cənubi Koreya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Chon In Jong açıqlama verib.
Jong, ABŞ-a səfəri zamanı Şimali Koreya liderinin görüş təklifini Trump-a çatdırıb.
Trump görüşə razılıq versə də, Şimali Koreyaya qarşı təzyiqlərin davam edəcəyini bildirib:
"Konkret addımlar atılmayınca təzyiqlər davam edəcək".
Daha öncə isə Chon In Jong KXDR liderinin nüvə və raket sınaqlarından imtina etməyə hazır olduğunu bildirib.