23 britaniyalı diplomatın Rusiyadan çıxarılmasına cavab olaraq Böyük Britaniya və müttəfiq ölkələr bu ölkəyə qarşı yeni addımlar nəzərdən keçirəcək.
Bu barədə Böyük Britaniyanın baş naziri Thereza May bildirib.
“Rusiyanın Britaniya ərazisində britaniyalıların və digər vətəndaşların həyatına təhlükə yaratmağa imkan verməyəcəyik. Bütün dünyada üzrə dostlarımız və müttəfiqlərimiz bizə hərtərəfli dəstək verir”, – deyə May qeyd edib.