İstintaq orqanları tərəfindən Fransanın sabiq prezidenti Nicolas Sarkozy-yə qarşı ittiham irəli sürülüb.
Bu barədə “Le Monde” xəbər verib.
Məlumata əsasən, keçmiş dövlət başçısı korrupsiya və Liviyaya məxsus dövlət vəsaitlərinin gizlədilməsində ittiham edilib.
Dindirilmədən sonra sərbəst buraxılan N.Sarkozy polis nəzarəti altında qalacaq. Eks-prezident ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.